"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində sonuncu təlim keçirilib
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində sayca onuncu və sonuncu onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.
"Vətən Bağı" STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev layihə iştirakçılarını salamlayaraq təlimin vacibliyi haqda danışıb. E.Tarvrdiyev şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğıdan söz açıb. O, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədəki fəaliyyəti haqda məlumat verərək quruma təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində sonuncu mövzu "Meta ilə reklamların verilməsi. Reklam növləri, targeting” olub. Lahiyə üzrə təlimçi, rəqəmsal marketinq sahəsində ekspert Samir Mehdiyev mövzu haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. O iştirakçıları təlim zamanı fəal olmağa çağırıb.
Təlimin sonunda ekspert ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, təlimlər 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilib.