"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" lahiyəsi çərçivəsində dördüncü təlim keçirilib
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində dördüncü onlayn (zoom programı) tədbir-konfrans keçirilib.
"Vətən Bağı"STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev iştirakçıları salamlayaraq təlimin zərurilliyi barədə məlumat verib, bu gün şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğı barədə danışıb. Natiq çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də bu sahədə şəhid və qazi ailələrinə diqqəti qürurvericidir
Sonra söz lahiyənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Megdiyevə verilib. Təlim iştirakçılarını salamlayan Samir Mehdiyev bu günkü mövzunun AİDA modeli barədə olduğunu nəzərə çatdırıb və iştirakçıları təlim zamanı fəal olmağa çağırıb. Marketinqdə insanların alışa qədər keçdiyi yolu izah edən klassik istehlakçı davranışı modeli barədə danışan ekspert yekunda tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilir.