“Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti təlim keçirilib


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.


"Vətən Bağı" STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev layihə iştirakçılarını salamlayaraq təlimin bu gün üçün vacibliyi haqda danışıb. E.Tarvrdiyev şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğıdan söz açıb. O, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədəki fəaliyyəti haqda məlumat verərək quruma təşəkkürlərini çatdırıb.
"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti mövzu "Meta Business Managerdən Professional istifadə və Meta reklam növləri” olub. Lahiyənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev mövzu haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. O iştirakçıları təlim zamanı fəal olmağa çağırıb.
Təlimin sonunda ekspert iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu