"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində 8-ci təlim keçirilib


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində 8-ci onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.


"Vətən Bağı" STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev layihə iştirakçılarını salamlayaraq təlimin bu gün üçün vacibliyini bildirib, şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğı haqqında danışıb. O, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədəki fəaliyyəti məlumat verərək quruma təşəkkürlərini çatdırıb.
Bu dəfəki təlimdə qonaq qismində "Baku TV"-nin əməkdaşı, "Yaşat" fondunun fəxri səfiri Ərtoğrul Kamalov və hərbçi jurnalist İsmayıl Cəfərli qatılıblar. Onlar da təlim üzvlərinə uğur arzulayaraq şəhid ailələrinə səbr, qazilərimizə cansağlığı arzu ediblər. Ərtoğrul Kamalov son günlərdə Xankəndidən köçən ermənilərdən aldığı müsahibələrdə hansı hissləri keçirdiyini dillə ifadə etməkdə çətinlik çəkdiyini deyib, ordumuzun antiterror əməliyyatında qazandığı uğurlardan söz açıb. İsmayıl Cəfərli bu gün şəhid və və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının artırılması istiqamətində bu layihənin faydalılığından söhbət açıb, jurnalist kimi şəhidlərimizin daima sosial şəbəkələrdə tanıdılması istiqamətində özünün də gördüyü işlərdən bəhs edib.

"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti mövzu "Business Suite"dən professional istifadə ilə bağlı olub. Lahiyənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev mövzu haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. O iştirakçıları təlim zamanı fəal olmağa çağırıb. Təlimin sonunda ekspert ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu