Emin Tarverdiyev şəhid Zülfü Rzayevin ailəsini ziyarət etdi - FOTOLAR


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Naxçıvan Muxtar Respublikasında daha bir şəhidimizin ailəsini ziyarət edib.



Bu barədə AFN.az-a E.Tarverdiyev məlumat verib. Bildirib ki, Muxtar Respublikanın Şahbuz rayonunun Külüs kəndindən olan şəhid Zülfü Rzayevin valideynləri ilə görüşüb: "Şəhidimizin doğulub-böyüdüyü mənzildə onun valideynlərini ziyarət etdim. Görüş zamanı dövlətimizin şəhid ailələrinə diqqət və qayğısı ilə bağlı geniş fikir mübadiləmiz oldu. Şəhidimizin əziz valideynləri ilə onların durumu haqda söhbət etdik, Zülfünü andıq, ruhuna dualar oxuduq".



Görüşdə şəhid anası, Naxçıvan Ali Məclisinin deputatı Gülşad Rüstəmli də iştirak edib.



Qeyd edək ki, Z.Rzayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.



Baş leytenant Zülfü Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.



Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu