Ləğv prosesində olan “Günay Bank”ın 43 min borcu yaranıb


Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, ASC-nin hazırda vergiyə olan borcu 43 min manat təşkil edir.

Qeyd edək ki, rəsmi məlumatlarda ASC-nin qanuni təmsilçisi kimi Piriyev Tural Qüdərt oğlu göstərilir. Tural Piriyev hal-hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, “GünayBank” ASC-nin lisenziyası 2023-cü ildə ləğv olunub. Bankın sahibləri Mahmud MəmmədovYeganə Şirinova olub.

Mərkəzi Bank öz açıqlamasında qeyd etmişdi ki, “GünayBank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir.

2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat olub. Bankın əmanətçilərinin 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Bankın fəaliyyət göstərdiyi filialların sayı 10, şöbə və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

“GünayBank”ın sahibi Mahmud Məmmədov isə Mərkəzi Bankı qınayaraq bildirib ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank “GünayBank”a vəsait ayırmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu