"Günay Bank"dakı əmanətlər vaxtında qaytarılmasa, bütün bank sektorunun "başı ağrıyacaq" - EKSPERT


Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Bank" ASC-nin lisenziyasını ləğv edib.


Qurumdan verilən məlumata görə, lisenziyanın ləğv edilməsinə səbəb "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

Bütün bunlar nəzərə alınaraq, "Günay Bank"ın lisenziyası "Banklar haqqında" qanuna əsasən ləğv edilib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Qeyd edək ki, "Günay Bank" Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. ASC-də 40 milyon manata yaxın sığortalanmış əmanət var. AMB-dən bildirilib ki, əhalinin bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Mövcud rəqəmlər analiz edilərkən məlum olub ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq.

AFN.az-ın xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, "Günay Bank"ın lisenziyasının ləğv olunacağı gözlənilən idi. İqtisadçı qeyd edib ki, bankən əmanətçilərinin vəsaitləri vaxtında qaytarılmasa, bütün bank sektoruna problem yaranacaq: "Bu bankın Azərbaycanın bank bazarına yenidən daxil olması zatən müəmmalarla, suallarla dolu idi. Hətta 2018-də sədr müavini 100 mln. manat, 2021-də isə filial rəhbərlərindən biri 53 mln. manat mənimsəmə iddiası ilə saxlanılmışdı. Ümumiyyətlə, 90-ların biznes və siyasi elitası ciddi problemdir, amma indi "Günay Bank" ləğv edildisə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir – bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır. Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu bütün bank sektoruna baş ağrısı gətirəcək – zətən ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq olan sahədir, bizim banklar hələ də 19-cu əsrin bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar".
N.Cəfərlinin sözlərinə görə, 21-ci əsrin bankları başqa cür işləyirlər: "Onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər. izdə investisiya bankçılığı yoxdur, bu da nə Mərkəzi Bankın, nə də bank sisteminin günahı deyil – siyasi sistem və idarəetmə problemidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu