İsrail Qəzza danışıqları üçün Qətərə nümayəndə heyəti göndərə bilər


İsrail hökuməti Qəzza zolağında atəşkəs rejiminə dair dialoqun mümkün bərpası və israilli girovların azad edilməsi ilə bağlı Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyətini Dohaya göndərməyi düşünür.



AFN.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.



Onun sözlərinə görə, İsrail nümayəndə heyəti Qətərə gələrsə, tərəflər anklavda döyüşləri dayandıracaq və Fələstinin radikal HƏMAS hərəkatının əlində qalan bütün girovları azad edəcək hərtərəfli sazişin hazırlanmasını müzakirə etməli olacaqlar.



Bundan əvvəl bildirilmişdi ki, avqustun 13-də Həmas nümayəndə heyəti Qahirədə Misir vasitəçiləri ilə Qəzza zolağında atəşkəsə nail olmaq yollarını müzakirə edəcək. Avqustun 12-də Misirin xarici işlər naziri Bədr Əbdül Ati bildirib ki, Qahirə HƏMAS və İsrail arasında vasitəçi kimi çıxış edən Doha və Vaşinqtonla koordinasiyada münaqişə tərəflərinin Qəzza zolağında 60 günlük atəşkəs təklifinə qayıtması üçün çalışır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu