Dollar bahalaşır? - Mərkəzi Bankdan açıqlama
Azərbaycanda dollar bahalaşacaq iddiaları yayılsa da, Mərkəzi Bank bunu təkzib edib.
AFN.az xəbər verir ki, belə bir iddia ilə xaricdə yaşayan azərbaycanlılar çıxış ediblər. Bildirilir ki, ötən həftənin 5-ci günündən etibarən Mərkəzi Bank bütün pul köçürmələrini dayandırıb: "Nə xaricdən Azərbaycana, nə əksinə dollar köçürmək olmur".
Mərkəzi Bankdan AFN.az-ın mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır: "Hazırda heç bir problem yoxdur. Pul köçürmələri normal fəaliyyətini davam etdirir".



