Səhiyyə naziri TƏBİB-lə bağlı sualı cavablandırmadı



Səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə verdiyi açıqlamada hazırda Səhiyyə Nazirliyində islahat prosesinin getdiyini bildirib.

Media nümayəndələrinin TƏBİB-in Səhiyyə Nazirliyinin tərkibinə qatılma ehtimalı barədə sualını nazir cavabsız qoyaraq, bu xüsusda açıqlama vermək səlahiyyətinin TƏBİB-in Müşahidə Şurasına məxsus olduğunu vurğulayıb.

Eyni zamanda, T.Musayev qanuni əsaslarla fəaliyyət göstərən plastik cərrahların statusuna da aydınlıq gətirib. O qeyd edib ki, hazırda müvafiq icazəyə sahib olan mütəxəssislərin sayı 45 nəfər təşkil edir. Nazirin sözlərinə görə, bu istiqamətdə nizam-intizam təmin olunub və rəsmi icazəli cərrahların sayının illər keçdikcə artacağı gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu