FHN zəlzələ ilə bağlı məlumat yaydı


Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən AFN.az-a daxil olan açıqlamada deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal gücündə hiss olunub. Nazirliyin məlumatına görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu