Lerikdə zəlzələ baş verib – Cənub rayonlarında hiss olunub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, zəlzələ Lerik rayonunda olub.
Maqnitudası 3.6 olan zəlzələ 17 km dərinlikdə baş verib.
Zəlzələ Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.
Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb:
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.
Azərbaycanın cənub bölgəsində zəlzələ olub.
AFN.az xəbər verir ki, yeraltı təkanlar Masallı, Lənkəranda hiss olunub.