Bu xəstəxanaların rəhbərləri işdən çıxarıldı: aralarında "Yeni Klinika" da var
TƏBİB-in yeni rəhbərliyi kadr islahatlarına başlayıb.
AFN.az xəbər verir ki, artıq bir neçə xəstəxananın rəhbər vəzifəli şəxslərinin işdən çıxarıldığı bildirilir.
Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev, Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova və Yeni Klinikanın direktoru Barat Yusubovun vəzifələrindən azad olunduqları bildirilir.


