Biləsuvar xəstəxanasının direktoru işdən çıxarıldı
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb.
AFN-in xəbərinə görə, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
Xoşbəxt Ağayevanın yerinə müvafiq əmrlə Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədov təyin edilib.