Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad edilib


Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov işdən azad olunub.


“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi əvəz edən R.Əzizov vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edilir ki, R.Əzizovun tutduğu vəzifədən azad edilməsinə səbəb son günlər sosial şəbəkələrdə marketlərin birindən oğurluqda şübhəli bilinməsi ilə bağlı yayılan videogörüntülər ola bilər.

Xatırladaq ki, o, 2003-cü ildən xəstəxananın poliklinika şöbəsinin müdiri olub. Bu ilin fevralında korrupsiya cinayətinə görə həbs olunan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu müvəqqəti əvəz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu