Masallı Xəstəxanasının direktoru Topçubaşov adına Cərrahiyyə Mərkəzinə rəhbər vəzifəyə təyin olunub


Masallı Mərkəzi Xəstəxanasının direktoru Xanbaba Hüseynov Topçubaşov adına elmi -cərrahiyə Mərkəzinin elmi işlər üzrə direktor müavini təyin olunub.


AFN.az bildirir ki, o artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, X.Hüseynov 2021-ci ilin dekabrında Masallı Mərkəzi Xəstəxanasının direktoru təyin olunmuşdu.

Dünən Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktor Xanbaba Meyxoş oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.

Tibb üzrə fəlsəfə doktoru, nevroloq X. Hüseynov 1964-cü ildəndir. Əslən Lerik rayonunun Pirəsora kəndindəndir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu