Rusiya Almaniyaya etiraz notası verdi



Rusiya Xarici İşlər Nazirliyi almaniyalı deputat Roderix Kizevetterin Rusiyada terror siyahısında olan "İçkeriya Çeçen Respublikası" təşkilatının rəhbəri Əhməd Zakayevlə görüşməsinə görə Almaniyaya etiraz notası təqdim edib.

AFN.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski rəhbərliyinin dəstəyi ilə paytaxt Kiyevdə Almaniya Federal Məclisinin üzvü Kizevetterin Rusiyada terror təşkilatları siyahısına salınan Zakayevlə görüşdüyü xatırladılıb.

Sözügedən təşkilat üzvlərinin Rusiya ərazisində təxribat əməlləri törətdiyinin iddia edildiyi bəyanatda bu səbəbdən Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorffun nazirliyə çağırıldığı qeyd olunub.

Açıqlamada bildirilib ki, həmin görüşə görə səfirə rəsmi etiraz notası verilib və Moskva bu addımı Almaniya rəhbərliyinin Rusiyanın daxili işlərinə müdaxiləsi, habelə milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Alman tərəfi bu növ fəaliyyətlərin müəyyən nəticələrinin olacağı barədə xəbərdar edilib və vurğulanıb ki, Rusiyaya qarşı atılan düşmən addımlara mütləq şəkildə cavab veriləcək.

Qeyd edək ki, "İçkeriya Çeçen Respublikası" təşkilatı ötən həftə Rusiyada qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar siyahısına daxil edilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu