WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı



Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 176 ölkədən olan şəxslər qeydiyyatdan keçib.

Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu