İran dövlət televiziyası: ABŞ-ın təklif etdiyi plan İranın təslim olması deməkdir



İranın ABŞ tərəfindən irəli sürülən planı təslimiyyət mənası daşıyan bir təklif kimi qiymətləndirdiyi bildirilib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyası ABŞ-ın təklif etdiyi və Tehranın dünən cavablandırdığı layihə sənədi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Tehranın Trampın həddindən artıq tələbləri qarşısında İranın təslim olması mənasına gələn ABŞ planını rədd etdiyi vurğulanıb.

İranın ABŞ-a təqdim etdiyi əks-təklifdə Vaşinqtonun müharibə təzminatı ödəməsi və Tehranın Hürmüz boğazındakı suverenliyinin tanınmasının tələb edildiyi bildirilib.

Bundan əlavə, İran tərəfi sanksiyaların ləğv edilməsidondurulmuş aktivlərin sərbəst buraxılması zərurətini də ABŞ-ın diqqətinə çatdırıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ/İsrail-İran müharibəsində hücumların dayandırılması üçün Vaşinqtonun təklif etdiyi layihəyə İranın verdiyi cavabı qəbuledilməz adlandırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu