Tramp İranın uranla bağlı təklifini rədd etdi



ABŞ Prezidenti Donald Trampın Pakistandakı danışıqlarda Vaşinqtonun masaya qoyduğu uranın zənginləşdirilməsi fəaliyyətlərini 20 il müddətinə dayandırmaq tələbinə qarşılıq olaraq, İranın 5 illik müvəqqəti dayandırma təklifini rədd etdiyi iddia edilib.

AFN.az xəbər verir ki, "The New York Times" qəzetinin iki iranlı və bir amerikalı rəsmiyə istinadən yaydığı xəbərdə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin İrandan uran zənginləşdirmə prosesini 20 il dondurmağı və zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasını tələb etdiyi qeyd olunub.

Məlumatda bildirilir ki, ABŞ-ın bu tələbinə cavab olaraq İran tərəfi dünən rəsmi şəkildə fəaliyyətləri 5 il müddətinə müvəqqəti dayandırmaq təklifini çatdırsa da, Tramp bununla razılaşmayıb. Digər tərəfdən, zənginləşdirilmiş uranın ölkədən çıxarılması tələbini rədd edən Tehranın mövcud ehtiyatlardakı uranın zənginləşdirmə dərəcələrini aşağı salmağı təklif etdiyi bildirilir.

Xəbərdə həmçinin hər iki tərəfin rəsmilərinin danışıqların ikinci raundunun keçirilməsi imkanlarını nəzərdən keçirdikləri, lakin təfərrüatlara varmadıqları qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu