ABŞ uranın zənginləşdirilməsinə 2,7 milyard dollar ayırdı


ABŞ Enerji Nazirliyi qarşıdakı on il ərzində yerli uranın zənginləşdirilməsi potensialını artırmaq məqsədilə 2,7 milyard dollar vəsait ayırıb.

Nazirliyin açıqlamasında bildirilib ki, bu addım ABŞ Prezidenti Donald Trampın enerji təhlükəsizliyini gücləndirməkxarici tədarükçülərdən asılılığı azaltmaq hədəfinə dəstək verir.

Açıqlamada vurğulanıb ki, bu investisiya ilə aşağı zənginləşdirilmiş uranın (LEU)yüksək paylı aşağı zənginləşdirilmiş uranın (HALEU) istehsalının artırılması, yeni tədarük zəncirlərinin formalaşdırılmasıməşğulluğun yaradılması nəzərdə tutulur.

Uranın zənginləşdirilməsi üzrə işlər üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar dəyərində tapşırıq sifarişləri verildiyi qeyd olunan açıqlamada həmin şirkətlərin American Centrifuge Operating, General MatterOrano Federal Services olduğu bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu