Bayden Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini imzalayıb
ABŞ prezidenti Co Bayden Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini imzalayıb.
Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan imzalanan qanun layihəsi ilə ABŞ-ın nüvə sektorunda liderliyini yenidən bərpa etdiyini vurğulayıb.
ABŞ-ın mülki nüvə enerjisi üçün Rusiyadan asılılığını azaltmaqla öz enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək bir sıra tarixi addımlar atdığını bildirən Sullivan, bu qanunun ABŞ-ın enerji sektorunun gələcək nəsillər üçün qorunmasına kömək edəcəyini qeyd edib.
Qanun layihəsinin qüvvəyə minməsindən 90 gün sonra Rusiyadan zənginləşdirilmiş uranın idxalı qadağan ediləcək.