İran uranın zənginləşdirilməsi prosesinə başlayıb




İran Fordodakı nüvə müəssisəsində uranın zənginləşdirilməsi prosesinə başlayıb.



Trend-in "TASS"a istinadən verdiyi məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı bildirib.

Təşkilatın açıqlamasında bildirilir: "Fordoda uranın zənginləşdirilməsi və istehsalı yenidən başlayıb, bütün addımlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında aparılır".

Noyabrın 6-da İranın Fordodakı nüvə müəssisəsində sentrifuqaya qaz doldurulmağa başlanılıb, bu isə faktiki olaraq Tehranın nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının dördüncü mərhələsinin başlanğıcı deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu