Ruhani: "İran istəsə uranın 90 faizədək zənginləşdirilməsinə başlaya bilər"


İran uranın 90 faizədək zənginləşdirilməsinə elə bu gündən başlaya bilər.



“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Lakin prezident İranın nüvə bombası yaratmağa çalışmadığını bildirib.

Onun sözlərinə görə, nüvə sazişinin tərəfləri razılaşmaya qayıtsalar, uranın zənginləşdirilməsi 3,67 faizi keçməyəcək. Bu, Birgə Hərtərəfli Fəaliyyət Planının (başqa adı ilə nüvə sazişinin) şərtlərində nəzərdə tutulmuş maksimum zənginləşdirmə faizidir.

Bir qədər öncə İran xarici işlər nazirinin müavini Abbas Əraqçı Tehranın çərşənbə günündən etibarən uranı 60 faizədək zənginləşdirməyə başlayacağını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu