İsrail İrana xəbərdarlıq edib: Uranın zənginləşdirilməsi 90 faizə çatsa, cavab verəcəyik


"İran uranın zənginləşdirilməsini 90 faizə çatdırarsa, İsrail cavab zərbəsi endirəcək".


“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail adı açıqlanmayan rəsmisi deyib.

Onun sözlərinə görə, İran uranı 90 faizlik səviyyəyə qədər zənginləşdirməyə nail olsa, İsrailin zərbəsi ilə üzləşəcəyini bilir.

İsrail rəsmisi İranın zənginləşdirilmiş uran ehtiyatlarının hazırda 2015-ci ildə müəyyən edilmiş limitdən 23 dəfə çox olduğunu xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu