İrana zərbələri İsrail endirib-ABŞ rəsmisi
“Reuters” agentliyi ABŞ rəsmisinə istinadən İrana gecə hücumunun arxasında İsrail qüvvələrinin dayandığını xəbər verir.
“İsrail uzun müddətdir ki, Tehranın nüvə və ya raket proqramını diplomatiya ilə cilovlaya bilməsə, İran hədəflərini vurmağa hazır olduğunu bildirib”-deyə mənbə qeyd edir. Lakin İsrail ordusunun sözçüsü şərh verməkdən imtina edib.
Öz növbəsində, Pentaqonun nümayəndəsi, briqada generalı Patrik Rayder ABŞ silahlı qüvvələrinin İrana zərbələr endirmələrində iştirak etmədiyini bildirib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri agentliyə İsrailin əli olduğunu deyib. Bir sıra digər ABŞ rəsmiləri Vaşinqtonun zərbələrdə iştirak etmədiyini bildirərək şərh verməkdən imtina ediblər.
M.Vahidli