İran Azərbaycana qarşı fəaliyyətinə bəhanə axtarır - ŞƏRH


İranın Azərbaycanla münasibətləri gərginləşdirmək üçün həmlələri davam edir.


Azərbaycanın İsraildə səfirlik açması, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə isti qarşılanması, İsrail XİN başçısı ilə birgə mətbuat konfransında verilən açıqlamalar cənub qonşumuzun əlinə bəhanələr vermiş oldu.

AFN.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin bu mövzudakı açıqlaması diqqət çəkir. Kənani bildirib ki, “onlar Azərbaycan ərazisindən İrana qarşı “İsrail sui-qəsdi”nə biganə qala bilməz”. İran XİN sözçüsünün bunu Ceyhun Bayramovun İsrail səfərində bu ölkənin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözlərinə istinadən dediyi aydın məsələdir. Onlar bunu "İsrailin Azərbaycan ərazisindən İrana qarşı təhdidinin daha bir sübutu" kimi qələmə verməyə çalışırlar.
Politoloq Asif Nərimanlı məsələyə şərh verərkən bildirib ki, İsrail xarici işlər nazirinin açıqlaması Azərbaycanın mövqeyi deyil: "Azərbaycan XİN də bu iddiaları təkzib etdi. Lakin bunun İran üçün fərqi yoxdur, çünki Tehran Eli Kohenin sözlərindən narahat olmaqdan daha çox, Azərbaycana qarşı bəhanə kimi yararlanmaq niyyətindədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu