İsraildən İrana qarşı sanksiya tələbi
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat İranın İsrailə hücumundan sonra ona qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.
Haiat sosial mediadakı paylaşımında İranın dünən gecə hava hücumuna əlavə olaraq, “İraqda milislər, Yəməndə husilər və Livanda Hizbullah tərəfindən İsrailə qarşı əlavə hücumlar həyata keçirildiyini” bildirib.
İranın nüvə silahı olmamalıdır fikrini irəli sürən Haiat, “İran təcavüzünün bədəlini ödəməlidir” ifadələrini işlədib.
Haiat İran İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmalı olduğunu müdafiə edərək, raket sahəsində də daxil olmaqla, İrana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb edib.