MAQATE: İran zənginləşdirilmiş uranın bir hissəsini gizlədə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hesab edir ki, Tehran ABŞ və İsrailin İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə baxmayaraq, zənginləşdirilmiş uranın bir hissəsini özündə saxlamış ola bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Tehranda olduğu ehtimal edilən 60% zənginləşdirilmiş 400 kq uranın harada olduğunu bilmədiklərini deyib. “Bəziləri zərbələr zamanı məhv edilə bilərdi, lakin bəziləri köçürülə bilərdi. Nə vaxtsa bunu dəqiqləşdirmək lazımdır”, - MAQATE-nin baş direktoru əlavə edib.
İyunun 26-da Pentaqonda keçirilən mətbuat konfransında ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqtonda İran hakimiyyətinin iyunun 22-də Amerikanın bombardmanlarına məruz qalan nüvə obyektlərindən (Fordo, Natanz və İsfahan) zənginləşdirilmiş uranı əvvəlcədən çıxarması barədə heç bir kəşfiyyat məlumatı yoxdur.