ABŞ İranın zənginləşdirilmiş uranını hara köçürdüyünü bilmir

ABŞ rəhbərliyi İranın nüvə obyektlərinə zərbələrdən sonra zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürə biləcəyindən xəbərsizdir.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, nə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, nə də MAQATE-nin baş direktoru Rafael Qrossi İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kq uranının yeri barədə heç nə bilmir.
Nəşr hesab edir ki, eyni zamanda, İranın nüvə infrastrukturuna zərbələr onun inkişafını 2-5 il geridə qoya bilərdi.