ABŞ: İranın 60 faizə qədər zənginləşdirilmiş uran istehsalının əsaslı səbəbi yoxdur


ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel deyib ki, İranın uranı 60 faiz saflığa qədər zənginləşdirməsinin əsaslı və dinc əsası yoxdur. 


Patel Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İranın uranın 60 faiz saflıqda zənginləşdirilməsi prosesi ilə bağlı sualı cavablandıran Patel bildirib ki, bunun üçün əsas yoxdur.

İranın dinc məqsədlərlə yüksək səviyyəli uran inkişaf etdirdiyinə dair açıqlamalarına işarə edən Patel qeyd edib ki, bu gün dünyanın heç bir ölkəsi bu iddialara uyğun olaraq yüzdə 60-a qədər zənginləşdirilmiş urandan istifadə etmir.

Patel onu da bildirib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarında heç bir inkişaf yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu