ABŞ Ukraynaya gizli şəkildə ATACMS çatdırıldığını təsdiqləyib


ABŞ Ukraynanın uzun müddətdir tələb etdiyi uzaqmənzilli ballistik raketlərin gizli şəkildə Kiyevə çatdırıldığını açıqlayıb.


ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Patel Ordu Taktik Raket Sistemi (ATACMS) kimi tanınan uzaqmənzilli raketlərin prezident Co Baydenin göstərişi ilə gətirildiyini, lakin Ukraynanın tələbi ilə göndərilmənin açıqlanmadığını bildirib.

Baydenin ATACMS-in Ukraynaya göndərilməsi üçün fevral ayında əmr verdiyini vurğulayan Patel, raketlərin mart ayında açıqlanan hərbi yardım paketi çərçivəsində göndərilməyə başlandığını və bu ay Ukraynaya çatdığını deyib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan da jurnalistlərə bildirib ki, tədarüklər Rusiya Şimali Koreyadan ballistik raketlər alıb Ukraynaya qarşı istifadə edib və mülki infrastruktura hücumları artırdıqdan sonra həyata keçirilib.

ATACMS raketləri təxminən 300 kilometr məsafədəki hədəfləri vurmaq gücündədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu