ABŞ Ukraynaya istədiyi raketləri vermədi


ABŞ-ın Ukraynaya uzaqmənzilli ATACMS raketləri verməsinə hələ başlanılmayıb. Çünki Amerika ordusunun özündə bu raketlər kifayət qədər deyil.


AFN.az xəbər verir ki, bu barədə "Politico" yazır. Nəşrin Pentaqondakı mənbələri bildiriblər ki, amerikalılar qapalı görüşlərdə ukraynalı tərəfdaşlarına əvvəldən kiçik raket ehtiyatları verəcəklərini birbaşa bəyan ediblər.
"ATACMS-nin Şərqi Avropadakı döyüş meydanına köçürülməsi Amerika ehtiyatlarının azalmasına gətirib çıxaracaq və ABŞ Silahlı Qüvvələrinin gələcək döyüşlərə hazırlığına zərər verəcək", - mənbələr belə deyib.
Nəşr əlavə edib ki, raketlərin verilməsini məhdudlaşdıran səbəb Ağ Evin narahatlığı ilə bağlıfır. ABŞ Ukrayna ordusunun Rusiya Federasiyası ərazisindəki arxa hədəflərə ATACMS raketlərindən istifadə etməyə başlamasından və bunun genişmiqyaslı eskalasiyaya səbəb olacağından ehtiyat edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu