ABŞ hələlik Ukraynaya ATACMS tədarük etməyəcək


ABŞ prezidenti Co Bayden Ukraynaya uzaqmənzilli ATACMS raketləri verməmək qərarına gəlib, lakin gələcəkdə belə bir ehtimalı istisna etmir.


AFN.az xəbər verir ki, bu barədə Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib.

“Bu günə qədər o, ATACMS təmin etməyəcəyinə qərar verib, lakin gələcəkdə belə bir ehtimalı istisna etmir. Bu haqda daha deyəcək heç nəyim yoxdur”, - deyə o bildirib.

Amerikanın ATACMS raketlərinin Ukraynaya tədarükü ilə bağlı müzakirələr bir neçə aydır ki, davam edir. Kiyev dəfələrlə Vaşinqtondan onların təhvil verilməsini istəyib. Belə raketlər 300 km məsafədəki hədəflərə çatmağa qadirdir. Uzaq mənzilli raketlər daha əvvəl Fransa və Böyük Britaniya tərəfindən Ukraynaya ötürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu