ABŞ Dövlət Departamenti: "Azərbaycan və Ermənistan prinsipcə müəyyən şərtlərlə razılaşıb"
![](/uploads/posts/2023-05/1683586334_vedant-patel.jpg)
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan prinsipial olaraq müəyyən şərtlərlə razılaşıblar və bir-birlərinin mövqelərini daha yaxşı başa düşürlər deyə bildirib.
AFN.az xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi keçən həftə keçirilən müzakirələrin konstruktiv olduğunu qeyd edib: "Biz hesab edirik ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər. Bildiyiniz kimi, hər iki ölkə prinsipcə müəyyən şərtlərlə razılaşıb və bir-birinin nöqteyi-nəzərini daha yaxşı başa düşür”, - Patel bildirib.
Patelin sözlərinə görə, “əlavə xoş niyyət, çeviklik və kompromis” sülh sazişini daha da yaxınlaşdıracaq.
"Biz ABŞ-ın hərtərəfli dəstəyini və əlaqəni təmin etməyə davam edəcəyik" Patel bildirib.
Xatırladaq ki, ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu keçirilib.