Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar kollektiv şəkildə veriləcək - Dövlət Departamenti


Amerika Birləşmiş Ştatları NATO-nun açıq qapı siyasətini dəstəkləyir.


AFN.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Fransanın "Le Monde" qəzetində Amerika Birləşmiş Ştatlarının Ukraynanın NATO-ya daxil olmasına mənfi münasibəti ilə bağlı məqalə haqda sualı cavablandırarkən deyib.

Patel qeyd edib ki, Ukraynanın NATO-ya üzv qəbul edilməsi kollektiv qərardır və bütün alyans bunu qəbul etməlidir.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, bununla belə, hələlik ABŞ Ukraynaya yardım göstərməkdə qərarlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu