Litva Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı cavab verilməməsini təhlükəli vəziyyət adlandırıb


NATO iyulda keçiriləcək sammitdə Ukraynanın alyansa üzvlüklə bağlı konkret cavabını hazırlamalıdır, əks halda bu, həyəcanverici presedentə çevrilə bilər.


AFN.az xəbər verir ki, bunu Litvanın baş naziri İnqrida Simonyte təşkilata üzv ölkələrin parlament rəhbərləri və nümayəndələrinin görüşündə bildirib.

"Ümid edirəm ki, Vilnüsdə biz Ukraynaya NATO-ya üzv olmaq üçün aydın yol göstərə bilərik", - deyə baş nazir deyib. Simonyte həmçinin əlavə edib ki, sammitin nəticəsi Kiyevin alyansa qoşulması olmasa, bu təhlükəli presedent olardı.

Vilnüsdə keçiriləcək qarşıdan gələn sammitdə NATO liderləri, xüsusən, Ukraynaya çoxillik yardım proqramı qəbul edəcəklər. Bu, Kiyevə sovet tipli silahlardan tamamilə Qərb silahlarına keçməyə imkan verəcək və alyans müttəfiqləri ilə qarşılıqlı fəaliyyətə nail olmağa kömək edəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, NATO üzvləri arasında Ukraynanın alyansa mümkün qəbulu ilə bağlı fikir ayrılığı yoxdur. Eyni zamanda, o qeyd edib ki, bütün bu cür qərarlar bütün iştirakçı ölkələrin konsensusu əsasında qəbul edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu