Stoltenberq Ukraynanın bloka üzvlüyü ilə bağlı “güclü siqnal” açıqlayıb
Ukrayna Vilnüs sammitində NATO-ya dəvət almayacaq, lakin alyansın qapılarının açıq olduğuna dair güclü siqnal göndəriləcək.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O, həmçinin söz verib ki, NATO Ukraynaya çoxillik yardım proqramı qəbul edəcək - bu, münaqişənin gedişindən asılı olmayaraq həyata keçiriləcək.
Stoltenberqin sözlərinə görə, Vilnüs sammitində Ukraynaya veriləcək mesaj müsbət, güclü və vahid olacaq. "Biz bu müharibədə Ukraynanın qələbəsini təmin etməyənə qədər, Ukraynanın suveren müstəqil dövlət kimi qələbəsini təmin etməsək, üzvlük məsələsi müzakirə olunmayacaq", - deyə o izah edib. Stoltenberq əlavə edib ki, hazırda əsas vəzifə Ukraynanın qələbəsi olaraq qalır.
Bundan əvvəl NATO-nun baş katibi Ukraynaya hərbi və maliyyə yardımının artırılmasının sammitin əsas mesajı olacağını bildirmişdi.