Ukrayna NATO-ya üzv olacaq - Stoltenberq


NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna döyüş meydanında öz suverenliyini və müstəqilliyini müdafiə etməlidir.


"Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Ukraynanın gələcək üzvlüyü ilə bağlı mövqeyi dəyişməzdir - birincisi, Ukrayna Rusiya ilə müharibədə qalib gəlməlidir". AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Alyansın müdafiə nazirlərinin fevralın 14-15-də Brüsseldə (Belçika) baş tutan iki günlük iclasının yekunları üzrə brifinqdə bildirib.

"Ukrayna ilə bağlı NATO-nun mövqeyi dəyişməyib. Biz dəfələrlə təkrar etmişik ki, Ukrayna Alyansa üzv olacaq, lakin hazırda Ukraynanın müharibədə qələbəsinin təmin olunmasına diqqət yetirilir", - deyə Stoltenberq vurğulayıb. O əlavə edib ki, inteqrasiya və Ukraynanın daha sıx Avro-Atlantik əməkdaşlığa doğru irəliləməsini təmin etməyin yeganə yolu Ukraynanın suveren və müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Hazırda alyansın müttəfiqlərinin əsas vəzifəsi Ukraynanı rus işğalçılarını sıxışdırıb çıxarmaq üçün lazım olan silah, sursat və digər zəruri ləvazimatlarla təmin etməkdir: “Biz həmçinin daha uzunmüddətli tərəfdaşlıq üzərində işləyirik, Sovet dövrünün silahlarından, doktrinalarından və standartlarından NATO standartlarına keçməyə kömək edirik. Söhbət Ukrayna ordusunun təkmilləşdirilməsindən gedir. Bütün bunlar Ukraynanı NATO-ya yaxınlaşdıracaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu