Stoltenberq: Əsas diqqətimiz Ukraynanın qalib gəlməsinə yönəlib


“NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa üzv olacağına dair razılığa gəliblər, lakin hazırda əsas diqqətimiz Ukraynanın qələbəsinin təmin edilməsinə yönəlib”.


AFN.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.

O qeyd edib ki, suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin də mənası yoxdur.

Baş katibin sözlərinə görə, müharibələr mahiyyət etibarilə təxminedilməz olduğuna görə heç kəs Rusiya və Ukrayna arasında gedən döyüşlərin nə vaxt bitəcəyini söyləyə bilməz: “Ümid edirik ki, Ukrayna bu istiqamətdə mühüm uğurlar əldə edəcək və dayanıqlı sülh bərqərar olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu