Dövlət Departamenti: "İl-76" qəzasının ABŞ-a heç bir aidiyyatı yoxdur


ABŞ Dövlət Departamenti Rusiya Müdafiə Nazirliyinin "İl-76" təyyarəsinin Belqorod vilayətində vurulasına heç bir aidiyyatının olmadığını açıqlayıb.


Təyyarənin ukraynalı əsirlərlə birlikdə qəzaya uğraması ilə Vaşinqtonun heç bir əlaqəsi yoxdur: “Əminliklə deyə bilərəm ki, Birləşmiş Ştatlar heç bir şəkildə bu işə qarışmır” - deyə bu gün keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

“Biz həmçinin ukraynalı tərəfdaşlarımızla sıx koordinasiyada işləyəcəyik, çünki onlar faktları aydınlaşdıracaqlar”, - deyə rəsmi əlavə edib. O, həmçinin iddia edib ki, qəzanın Rusiya ərazisində baş verməsi müəyyən detalların müstəqil şəkildə yoxlanılmasını çətinləşdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu