İran zənginləşdirilmiş uran ehtiyatını xeyli artırıb


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın 2015-ci ildə imzalanan nüvə sazişində təxminən 300 kiloqramla məhdudlaşdırılan zənginləşdirilmiş uran tutumunu 6 min 201,3 kiloqrama çatdırdığını bildirib.



MAQATE-nin idarə heyəti üzvləri ilə üç aydan bir İranın nüvə fəaliyyətləri ilə bağlı paylaşdığı hesabatda bu ölkənin zənginləşdirilmiş uran potensialına dair məlumatlar yer alıb.

Hesabatda İranın 2015-ci ildə imzalanmış İran nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) müəyyən edilmiş zənginləşdirilmiş uran səviyyəsini keçdiyi bildirilib.

Qeyd edilib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı mayın 11-nə kimi əvvəlki 3 aylıq hesabatla müqayisədə 675,8 kiloqram artaraq 6 min 201,3 kiloqrama çatıb.

Hesabatda Tehran rəhbərliyinin 60 faiz saflıqda uran istehsalını davam etdirdiyi, 142 kiloqram zənginləşdirilmiş uran ehtiyatına sahib olduğu və əvvəlki hesabatla müqayisədə istehsalını 20 kiloqramdan çox artırdığı diqqətə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu