ABŞ-la görüşlərdə İranı Məhəmməd Baqir Qalibaf təmsil edəcək
İran və ABŞ arasında Pakistanın paytaxtı İslamabadda keçiriləcək müzakirələrdə Tehran rəhbərliyini Məclis sədri Məhəmməd Baqir Qalibafın təmsil edəcəyi bildirilib.
AFN.az xəbər verir ki, ISNA-nın məlumatına görə, 10 apreldə baş tutacaq görüşlərdə İranın nümayəndə heyətinə Məclis sədri Qalibaf, ABŞ heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.
ABŞ Prezidenti Donald Tramp İrandan aldıqları 10 maddəlik təklifin müzakirə oluna biləcəyini qeyd edərək, Hörmüz boğazının tamamilə açılması şərti ilə Pakistanın təklif etdiyi iki həftəlik qarşılıqlı atəşkəsi qəbul etdiyini açıqlamışdı. İran tərəfi isə müharibəni sonlandırmaq üçün təqdim etdiyi 10 maddəlik təklif paketinin ABŞ tərəfindən prinsipial olaraq qəbul edildiyini bəyan edib.
Məlumata görə, İranın təklif etdiyi sənəddə uranın zənginləşdirilməsi proqramının tanınması, bütün sanksiyaların ləğvi və ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması kimi ciddi tələblər yer alır. Danışıqların bu 15 günlük atəşkəs müddətində konkret nəticəyə çatması hədəflənir.


