ABŞ Raul Kastronu mühakimə etməyə hazırlaşır



ABŞ-nin Kubanı onilliklər ərzində idarə edən, ölkənin simvolik simalarından biri, keçmiş dövlət başçısı Raul Kastronu mühakimə etmək məqsədilə ittihamnamə hazırladığı irəli sürülüb.

AFN.az xəbər verir ki, "CBS News" telekanalının mövzuya yaxın olan amerikalı rəsmilərə istinadən yaydığı xəbərə görə, Vaşinqton 94 yaşlı Kastronu 1996-cı ildə baş vermiş təyyarə vurulması hadisəsi ilə əlaqədar mühakimə etmək üçün addım atıb.

Amerikalı rəsmi hazırlanan ittihamnamənin Kuba rəhbərliyinə müxalif olan və mühacirətdə yaşayan şəxslərin Floridada təsis etdiyi "Brothers to the Rescue" adlı qeyri-hökumət təşkilatına məxsus təyyarənin 1996-cı ildə vurulması ilə bağlı olduğunu qeyd edib.

Həmin rəsmi Raul Kastro barəsində ittihamnamənin hazırlandığını və bunun ilk növbədə böyük münsiflər heyətinin təsdiqinə təqdim edilməli olduğunu dilə gətirib.

Xatırladaq ki, Kuba inqilabının memarlarından olan Raul Kastro qardaşı Fidel Kastronun 2008-ci ildə səhhətindəki problemlər səbəbindən vəzifədən getməsindən sonra dövlət başçısı postuna keçmiş və 2018-ci ildə səlahiyyətlərini Migel Dias-Kanelə təhvil vermişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu