Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti keçiriləcək.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr ediləcək konsert Saat qülləsinin qarşısında təşkil olunacaq.
Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlardan biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim ediləcək.
Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.




