Xankəndidə əhali kəsintisiz içməli su ilə təmin olunur



Xankəndi şəhərində əhalinin 24 saat kəsintisiz içməli su ilə təchizatı uğurla həyata keçirilir.

Bu barədə media nümayəndələrinə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbəri Müşviq Adıgözəlov məlumat verib.

İdarə rəisi qeyd edib ki, Xəlfəliçay və Ballıcaçay kimi təbii su mənbələrindən götürülən sular ilk növbədə xüsusi sutəmizləyici qurğular kompleksinə yönləndirilir, burada lazımi emal prosesindən keçdikdən sonra şəbəkə vasitəsilə birbaşa sakinlərin istifadəsinə verilir.

Sözügedən kompleksin sutəmizləmə gücünün gün ərzində 8 min kubmetr təşkil etdiyini bildirən M. Adıgözəlov Xankəndi daxilində hazırda istismar olunan su xətlərinin ümumi uzunluğunun 104 kilometrə çatdığını diqqətə çatdırıb.

O, şəhərin coğrafi relyef xüsusiyyətləri nəzərə alınaraq ümumilikdə 10 ayrıca zonaya bölündüyünü və hər bir xidmət zonası üçün xüsusi su anbarlarının fəaliyyət göstərdiyini vurğulayıb.

Rəsmi açıqlamaya əsasən, həmin zonaların su təminatına birbaşa 1 və 2 nömrəli sutəmizləyici qurğular tərəfindən nəzarət edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu