Tramp Xamenei ilə görüşə açıq olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp razılaşma əldə etmək üçün İran lideri Müctəba Xamenei ilə görüşə biləcəyini qeyd edərək, onunla tanış olmaqdan şərəf duyacağını və bir razılığa gəlib-gəlməyəcəklərini görmək istədiyini deyib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Oval Ofisdə təşkil olunan tədbirdən sonra xarici siyasət və İran gündəmini qiymətləndirib.
İranla razılaşma əldə etməyə yaxın olduqlarını qeyd edən Tramp bildirib ki, razılıq əldə olunacağı təqdirdə İran nüvə silahına sahib olmamağı qəbul edəcək və Hörmüz boğazı dərhal açılacaq.
Hörmüz boğazındakı minaların böyük hissəsinin artıq təmizləndiyini deyən Tramp razılaşma əldə olunan kimi boğazın gəmi hərəkəti üçün açılacağını vurğulayıb.
Tramp İranla razılaşma nöqtəsində ölkənin lideri Müctəba Xamenei ilə görüşə açıq olub-olmaması ilə bağlı suala cavabında onunla görüşmək istəmədiyini, lakin görüşərsə, onunla tanış olmaqdan şərəf duyacağını və bir anlaşmaya varıb-varmayacaqlarını görmək istədiyini, əgər razılaşsalar, onunla görüşməsinin mümkün ola biləcəyini ifadə edib.
Ehtimal olunan Tramp-Xamenei görüşünün Ağ Evdə olub-olmayacağı ilə bağlı suala isə Tramp bu mövzuları hələ müzakirə etmədiklərini söyləyib.
İranın hərbi və siyasi potensialını böyük ölçüdə yox etdiklərini müdafiə edən ABŞ Prezidenti birtəhər qalib gələcəklərini, ya kağız üzərində, yəni razılaşma yolu ilə, ya da hərbi yolla qələbə qazanacaqlarını bəyan edib.
Bununla yanaşı, İranı Venesuela ilə müqayisə edən Tramp İranın daha çətin bir mövzu olduğunu və hərbi cəhətdən Venesueladakı kimi olmadığını vurğulayıb.
İranın Venesuela kimi olmadığını, oraya daxil olub bir az qalıb çıxmağın mümkün olduğunu, lakin buranın fərqli olduğunu deyən Tramp İranda hərtərəfli hərbi əməliyyat keçirməyin daha ağır hərbi daşınma tələb etdiyini bildirib.
Tramp İranın Amerika əsgərlərini öldürəcəyi təqdirdə bu ölkəyə yenidən hücum edib-etməyəcəyi ilə bağlı suala isə əgər İran əsgərlərimizi öldürsəydi, heç tərəddüd etmədən hücumları yenidən başladacağını qeyd edib.
Digər tərəfdən Tramp Livan məsələsində həm Hizbullah, həm də İsrail tərəfi ilə danışdığını və sülh sazişinə doğru müsbət bir prosesin içində olduqlarını dilə gətirib.
Hizbullahın onlara zəng edərək artıq dayanmağa nə deyirsiniz dediyini bildirən Tramp orada bəzi müsbət irəliləyişlərin olacağını düşündüyünü, Livanda bir az sülhün təmin edilməsinin həqiqətən çox gözəl olacağını söyləyib və bu barədə İsrail Baş naziri Benyamin Netanyahu ilə də açıq şəkildə danışdığını qeyd edib.
Eyni zamanda Tramp İrandakı zənginləşdirilmiş uranın çıxarılması üçün ABŞ əsgərlərini İran ərazisinə göndərmək ideyasını müzakirə etdiklərini, lakin bu cür hərbi əməliyyatın çox riskli olduğuna qərar verərək bundan imtina etdiklərini anladıb.
Bununla belə, Tramp İrandakı nüvə qalıqlarının çıxarılması məsələsində İranın onlarla əməkdaşlıq edəcəyini düşündüyünü vurğulayıb.
