Bakıda uşaq bağçasında lisenziyasız fəaliyyət aşkarlandı


"Fərid Tədris” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən yoxlama aparılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Fərid Tədris”in Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 109 ünvanında yerləşən "Sofiland” uşaq bağçasında lisenziya olmadan təhsil sahəsində yardımçı fəaliyyət olması faktı aşkar edilib.

Nəticədə "Fərid Tədris” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC 500 manat miqdarında cərimə olunub.

Qeyd edək ki, "Fərid Tədris” MMC-nin direktoru Xanalliyeva Rima Firəddin qızıdır. Şirkətin dövlətə 2600 manat vergi borcu da yığılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu