Bakıda məşhur klinika cərimələnə BİLƏR


"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə oluna bilər.


AFN.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 491.1 maddəsinin tələblərini pozmaqda ittiham olunur. İşə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan"nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 266426.46 manat vergi borcu var. //Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu