ABŞ İranın neft satışına müvəqqəti icazə verdi



ABŞ rəhbərliyinin İran mənşəli neft məhsullarının satışına avqustun 21-nə qədər müvəqqəti icazə verdiyi bildirilib.

AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran mənşəli xam neft və neft-kimya məhsullarının istehsalına, çatdırılmasına və satışına avqustun 21-nə kimi icazə verən müvəqqəti ümumi lisenziya dərc edib.

ABŞ-ın maliyyə naziri Skott Bessent verdiyi açıqlamada bu qərarın İsveçrədə davam edən danışıqlarla bağlı olduğunu bəyan edib.

Bessent sosial media hesabından etdiyi paylaşımda İsveçrədə davam edən səmərəli danışıqlar çərçivəsində İranın Hörmüz boğazında gəmilərin sərbəst və açıq keçidinə icazə verməyi, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini ölkəyə qəbul etməyi öhdəsinə götürdüyünü vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu